Qara dənizdə yeni danışıqlar: Azərbaycan da masada olacaq

Qara dənizdə yeni danışıqlar: Azərbaycan da masada olacaq
16.11.2026 13:20 Xarici siyasət

Rumıniya Azərbaycan, Türkiyə və Ermənistanla Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması və nəqliyyat bağlantılarının inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Dan Nekulesku Brüsseldə Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl açıqlama verib.

Nazirin sözlərinə görə, Şuranın iclasından sonra Qara dəniz regionuna həsr olunmuş ayrıca nazirlər səviyyəli görüş keçiriləcək. Tədbirdə Avropa İttifaqının tərəfdaşlarının da iştirakı nəzərdə tutulur.

“Yalnız bağlantıları deyil, təhlükəsizliyi də müzakirə etmək vacibdir. Bu, böyük əhəmiyyət daşıyır və tərəfdaşlarımızın fikirləri də çox önəmlidir”, – deyə Nekulesku bildirib.

O qeyd edib ki, Buxarest Qara dəniz regionunda təhlükəsizlik və nəqliyyat məsələlərinin regional tərəfdaşlarla müzakirəsinə xüsusi əhəmiyyət verir.



XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər