Ukrayna Rusiya mövqelərini saniyələr içində hədəfə alacaq
Ukrayna döyüş meydanında elmi fantastika filmlərini və “Call of Duty” oyununu xatırladan yeni texnologiyadan istifadə etməyə başlayıb.
TodayPress TV xəbər verir ki , “The Times” qəzetinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri müasir müharibənin qaydalarını kökündən dəyişə biləcək yeni sistem tətbiq edib.
Artıq bir operator real vaxt rejimində bütöv dron sürüsünü idarə edə, süni intellekt vasitəsilə döyüş meydanını izləyə, dərhal hədəf məlumatları əldə edə və zərbələri snayper dəqiqliyi ilə koordinasiya edə bilir.
Əvvəllər bunun üçün onlarla şəxsin iştirakı və saatlarla planlaşdırma tələb olunurdusa, indi bütün prosesin saniyələr ərzində həyata keçirildiyi bildirilir.
Rusiya hərbçiləri artıq bu sistemi “Ukraynanın rəqəmsal cəhənnəmi” adlandırırlar.
Zəhra Məmmədova