Taleh Kazımov manatın məzənnəsi ilə bağlı gözləntiləri açıqladı

Taleh Kazımov manatın məzənnəsi ilə bağlı gözləntiləri açıqladı
16.11.2026 13:54 İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov manatın sabit məzənnəsinin qorunması və valyuta bazarındakı vəziyyətlə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki,  o, bu barədə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

AMB sədri bildirib ki, büdcə paketində manatın sabit məzənnəsinin makroiqtisadi çərçivənin əsas elementlərindən biri kimi müəyyən edilməsi məzənnə ilə bağlı gözləntilərə müsbət təsir göstərəcək.

“Mövcud meyillər davam edərsə, hesab edirik ki, fiskal sektorun valyuta təklifi valyuta bazarında tələbin ödənilməsinə kifayət etməlidir”, – deyə Kazımov vurğulayıb.

Onun sözlərinə görə, dövlət xərclərinin konservativ artırılması inflyasiyanın nəzarətdə saxlanılması baxımından da əhəmiyyətlidir. 2027-ci ildə büdcə xərclərinin inflyasiyaya təsirinin cari xərclər üzrə cəmi 0,34 faiz bəndi olacağı, əsaslı xərclərin təsirinin isə neytral qiymətləndirildiyi bildirilib.

Kazımov əlavə edib ki, makroiqtisadi hədəflərə nail olmaq üçün fiskal və pul siyasətinin əlaqələndirilməsi vacibdir. Mərkəzi Bank növbəti ildə də Maliyyə Nazirliyi ilə valyuta bazarındakı vəziyyətin tənzimlənməsi və likvidliyin idarə olunması istiqamətində əməkdaşlığı davam etdirəcək.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər