Gürcüstanda ilin idmançısı seçimi mübahisə yaratdı
İdman
25.12.2025 09:30
PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya 2025-ci ilin yekunlarına əsasən Gürcüstanın ən yaxşı idmançısı seçilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Sputnik nəşri məlumat yayıb.
Bildirilir ki, bu futbolçunun UEFA Çempionlar Liqasını, “Napoli” və PSJ ilə iki milli çempionluğu, Fransa Kubokunu, UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu qazanmasına baxmayaraq baş verib.
Gürcüstan Milli Olimpiya Komitəsi ilin ən yaxşı idmançıları kimi qılıncoynatma üzrə sablyaçı Sandro Bazadzeni və cüdoçu Eter Lipartelianini elan edib. Bazadze karyerasında ilk dəfə qılıncoynatma üzrə dünya çempionatının qızıl medalını qazanıb. Liparteliani isə dünya çempionatında qızıl medal qazanan ilk gürcü qadın cüdoçu olub.
Oyun növləri üzrə ilin ən yaxşı idmançısı Gürcüstan basketbol millisinin kapitanı Tornike Şengeliya seçilib. Onun rəhbərliyi altında milli komanda tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına yüksəlib və turnirdə İspaniya və Fransa yığmalarını məğlub edib.
Qeyd edək ki, Kvaratsxeliya ilə birlikdə Gürcüstan yığma komandası 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib.
Namiq HUN
tag: Gürcüstan,İlin idmançısı,Mübahisə,Qərar,Todaypress.tv,
