Gənc cüdoçularımızdan dünya çempionatında böyük gözlənti!
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan mundialda 14 idmançı ilə təmsil olunacaq. Onlardan 9-u oğlan, 5-i isə qız cüdoçudur.
Oğlanların mübarizəsində Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Mehdi Abbasov və Cəsur İbadlı (hər ikisi 81 kq), Süleyman Şükürov və Aslan Kotsoyev (hər ikisi 90 kq), Davud Namazlı və Canpolad Əliyev (hər ikisi 100 kq), eləcə də Ramazan Əhmədov (+100 kq) tatamiyə çıxacaqlar.
Qızların yarışında isə Nərgiz Əhmədova (48 kq), Aysun Məmmədova (52 kq), Xədicə Qədəşova və Vüsalə Hacıyeva (hər ikisi 57 kq), həmçinin Hanna Zaytseva (63 kq) mübarizə aparacaqlar.
Cüdoçular noyabrın 19-dan 21-dək dünya çempionatının fərdi yarışlarında qüvvələrini sınayacaqlar. Noyabrın 22-də isə qarışıq komandalar arasında yarış keçiriləcək.
Namiq HUN