Futbol tarixinin parçası - Maradona forması 152 min avroya

İdman

25.12.2025 18:10

Argentina millisinin əfsanəvi hücumçusu Dieqo Maradonaya məxsus forma Matchday Football Auctions hərracında 152,2 min avroya satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Bildirilir ki, Maradona formanı “Barselona”nın 1984-cü il İspaniya Kral Kubokunun finalında “Atletik”ə qarşı keçirdiyi oyunda (0:1) geyinib. 

Qarşılaşmadan sonra baş verən kütləvi dava zamanı futbolçunun forması cırılıb. Sonradan “Barselona”nın inventar şöbəsində çalışan qadın əməkdaşlardan biri formanı soyunub-geyinmə otağında taparaq xatirə kimi saxlayıb. Daha sonra o, bu formanı tanışına hədiyyə edib və futbolka miras yolu ilə həmin şəxsin oğluna keçib. Dörd onillik ərzində ailədə qorunub saxlanılan forma sonradan hərraca çıxarılıb.

Qeyd edək ki, bu forma indiyədək hərracda satılan Maradonaya məxsus geyimlər arasında ən baha qiymətə satılan nümunə olub.

Namiq HUN

tag: Futbol ,Dieqo Maradona,Matchday Football Auctions ,Atletik,Todaypress.tv,