Flikdən Lamin Yamala açıq dəstək: “Qızıl top”u onun qazanmasını istəyirəm
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik 2026-cı il “Qızıl top” (Ballon d'Or) mükafatlandırma mərasimində komandanın hücumçusu Lamin Yamala dəstək olacağını bildirib.
TodayPress TV xəbər verir ki, Flik Kataloniya təmsilçisinin rəsmi saytına açıqlama verib.
Almaniyalı mütəxəssis gənc ulduzun bu mükafatı qazanmaq istəyini təbii qarşıladığını vurğulayıb:
“Mən Kilian Mbappe haqqında yox, yalnız Lamin Yamal haqqında danışıram. Lamin səmimidir, özünə güvənir və mövsümə mükəmməl başlayıb. O, “Qızıl top”u qazanmaq istəyir və bir futbolçu üçün bu tamamilə normaldır. Mən onu dəstəkləyəcəyəm”.
Xatırladaq ki, 2026-cı il “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq. 70-ci mərasimdə qalib FIFA reytinqində ilk 100 pillədə qərarlaşan ölkələri təmsil edən 100 jurnalistin səsverməsi nəticəsində müəyyənləşəcək.
Namiq HUN