Federasiyanın səbri tükəndi: İtaliyalı mütəxəssis qovulur!

Federasiyanın səbri tükəndi: İtaliyalı mütəxəssis qovulur!
07.10.2026 12:53 İdman

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqaviləyə xitam vermək barədə qərar qəbul edib.

TodayPress TV yerli mətbuata istinadən xəbər verir ki, bu addımın atılmasına "ay-ulduzlular"ın dünya çempionatı və UEFA Millətlər Liqasındakı uğursuz çıxışı səbəb olub. 

Türkiyə millisinin qitə turnirində qrup autsayderinə çevrilməsi federasiya rəhbərliyinin son qərarına təsir edib.

İddialara görə, TFF italiyalı mütəxəssisə 5 aylıq məvacibini təzminat şəklində ödəyərək yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, Türkiyə yığmasının Vinçentso Montellanın rəhbərliyi altında çıxış etdiyi 40 rəsmi qarşılaşmada 21 qələbə, 5 heç-heçə və 14 məğlubiyyət qeydə alınıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər