Eltac Səfərli blits turnirində 4-cü oldu

Eltac Səfərli blits turnirində 4-cü oldu
30.05.2025 11:25 İdman

Avstriyanın Linz şəhərində şahmat üzrə “Grand Prix PlusCity” turniri keçirilir. 

TodayPress TV xəbər verir ki, sürətli şahmat formatında təşkil olunan yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Eltac Səfərli təmsil edir.

Səfərli blits yarışında dördüncü yeri tutub. 13 oyundan 10 xal toplayan şahmatçımızı turnirin mükafatçılarından yarım xal ayırıb.

Qeyd edək ki, blits turnirinin qalibi 12 xalla iranlı qrossmeyster Parham Maqsudlu olub.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər