Dünya Çempionatı arzusu ter Ştegeni transferə sürükləyir
İdman
25.12.2025 09:20
İspaniyanın “Jirona” və İngiltərənin “Aston Villa” klubları “Barselona”nın qolkiperi Mark-Andre ter Ştegeni mövsümün sonuna qədər icarəyə götürməkdə maraqlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, alman qapıçı oyun praktikasını artırmaq üçün icarəyə getməyə hazırdır. Ter Ştegen qarşıdan gələn 2026-cı il dünya çempionatında Almaniya millisində əsas yer uğrunda mübarizə aparmaq istəyir. Qolkiper “Barselona”da qalsa, Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann onu milli komandaya dəvət etməyəcək.
Qeyd edək ki, cari mövsümün ilk hissəsində ter Ştegen bel nahiyəsindən aldığı zədə səbəbindən bərpa prosesi keçib. Meydana qayıtdıqdan sonra isə o, İspaniya Kubokunda cəmi bir oyunda iştirak edib.
Namiq HUN
tag: Mark-Andre ter Ştegen,Barselona,Klub,Transfer,Todaypress.tv,
