Dakar-2026-da velosipedçimizin yeni medal ümidi!

Dakar-2026-da velosipedçimizin yeni medal ümidi!
10.11.2026 08:45 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında şose velosipedi üzrə yarışlar davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi Nihad Xudoyev Dakar-2026-da növbəti dəfə mübarizəyə qoşulacaq.

Velosipedçimiz fərdi ötüşmə növündə qüvvəsini sınayacaq. Yarış Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Qeyd edək ki, Nihad Xudoyev daha əvvəl 76,5 km məsafəyə keçirilən qrup yarışında iştirak edib. Gərgin mübarizə şəraitində keçən yürüşdə idmançımız finiş xəttinə çata bilməyərək yarışı vaxtından əvvəl başa vurub.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər