"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzaldı
İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ilin iyul ayından London klubunda çıxış edir.
Qeyd edək ki, J.Pedro ötən mövsüm bütün turnirlərdə 20 qola imza ataraq azarkeşlər tərəfindən komandada mövsümün ən yaxşı futbolçusu seçilib.