“Barselona”da böyük imza: Rafinya 2030-cu ilə qədər Kataloniyada!
“Barselona” klubunun vinqeri Rafinya klubu ilə yeni sözləşməyə imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano “X” sosial şəbəkəsində xəbər verib.
Mənbənin məlumatına görə, yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Sazişin bağlanması barədə rəsmi açıqlamanın artıq bu həftə veriləcəyi gözlənilir.
30 yaşlı braziliyalı futbolçu 2022-ci ildən “qırmızı-göylər”in şərəfini qoruyur. “Barselona”nın heyətində o, üç dəfə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb.
Təcrübəli vinqer daha əvvəl İngiltərənin “Lids Yunayted”, Fransanın “Renn”, eləcə də Portuqaliyanın “Sportinq” və “Vitoriya Gimaraynş” klublarında çıxış edib.
Namiq HUN