Bakı Tennis Akademiyasında tarixi padel yarışı keçirildi
İdman
24.12.2025 09:10
Padel tennis üzrə Azərbaycanda ilk dəfə təşkil olunan ölkə çempionatına yekun vurulub.
TodayPress TV xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda qələbə uğrunda 32 kişi və 12 qadın idmançı mübarizə aparıb.
Kişilər arasında keçirilən turnirdə Elvin Həşimov ilk Azərbaycan çempionatının qalibi olub. Tamerlan Əzizov ikinci, Nazim Məlikov isə üçüncü yeri tutaraq ilk üçlüyü formalaşdırıblar.
Qadınların yarışında Umayra Həşimova bütün rəqiblərindən üstün olaraq çempion adını qazanıb. Lalə Eyvazova ikinci, Ayşən Kərimli isə üçüncü yerdə qərarlaşıb.
Qoşa oyunlarda Tamerlan Əzizov – Abbas Səfərov cütlüyü ən yaxşı nəticə göstərərək birinci olub. Elvin Həşimov – Umut Gündoğan tandemi ikinci, Elman Ələsgərov – Yusif Rzayev cütlüyü isə üçüncü yerlə kifayətlənib.
Namiq HUN
tag: Padel ,Bakı Tennis Akademisyası ,Yarış,Bakı ,Todaypress.tv,
