Azərbaycanlı voleybolçu Yunanıstanda titul əldə etdi

Azərbaycanlı voleybolçu Yunanıstanda titul əldə etdi
25.12.2025 17:50 İdman

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının üzvü Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb. 

Rəhimovanin şərəfini qoruduğu “Panionios” klubu finalda “Olimpiakos”la qarşılaşıb.

“Panionios” 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.

AVF-nin mətbuat xidmətinə fikirlərini bölüşən Polina cari mövsüm əsas hədəflərinin iştirak etdikləri bütün yarışlarda qalib gəlmək olduğunu bildirib. O, “Olimpiakos” üzərində qələbənin növbəti oyunlar üçün əlavə motivasiya olacağını deyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər