Azərbaycanın Olimpiya heyəti genişlənir: daha bir vəsiqə
İdman
22.12.2025 17:07
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.
17 yaşlı Anastasiya Papatoma bu uğura beynəlxalq yarışlarda topladığı ümumi reytinq xalları əsasında nail olub.
Beləliklə, Azərbaycanın İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib. Daha əvvəl fiqurlu konkisürən Vladimir Litvintsev qış olimpiadasında iştirak hüququ əldə edib.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina şəhərlərində təşkil olunacaq.
Namiq HUN
tag: Anastasiya Papatoma,dağ xizəkçisi ,Qış Olimpiya Oyunları,lisenziya,Todaypress.tv,
