Azərbaycan şahmatçılarından dünya çempionatında parlaq çıxış!

Azərbaycan şahmatçılarından dünya çempionatında parlaq çıxış!
25.11.2026 08:18 İdman

Venesuelanın paytaxtı Karakasda şahmat üzrə U-20 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycan şahmatçısı Lalə Hüseynova turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb.

Təmsilçimiz VII turda qara fiqurlarla üç il əvvəl qızlar arasında U-20 dünya çempionu olmuş argentinalı Kandela Fransiskoya qalib gəlib.

Bu qələbədən sonra xallarının sayını 5-ə çatdıran Lalə turnir cədvəlində altıncı pilləyə yüksəlib. Onun aktivində 5 qələbə və 2 məğlubiyyət var.

Açıq turnirdə mübarizə aparan Xaqan Əhməd isə ağ fiqurlarla hindistanlı lider Etan Vazla heç-heçə edib. Beləliklə, şahmatçımız əvvəlki altı görüşünün hamısında qalib gələn rəqibinin qələbə seriyasına son qoyub.

Dörd qələbə və üç heç-heçə ilə məğlubiyyətsiz irəliləyən Xaqan 5,5 xalla üçüncü pillədə qərarlaşıb. Təmsilçimiz 6,5 xala malik lider Etan Vazdan cəmi bir xal geri qalır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət olan dünya çempionatına noyabrın 27-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər