ABŞ səmasını iflic edən sirr: Bütün uçuşları bir cihaz dayandırıb?

ABŞ səmasını iflic edən sirr: Bütün uçuşları bir cihaz dayandırıb?
25.11.2026 08:37 Dünya

Arkanzas ştatında yeni quraşdırılmış marşrutlaşdırıcının nəzərdən qaçırılan bir parametri bu ay ABŞ-də bütün uçuşların dayandırılmasına səbəb olmuş ola bilər.

TodayPress TV xəbər verir ki , bu barədə CNN-ə danışan mənbə bildirib ki, müstəntiqlər nasazlığı laboratoriya şəraitində yenidən yaradıblar.

Yeni marşrutlaşdırıcı ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) istismardan çıxardığı, onilliklər ərzində istifadə olunan cihazlarla uyğun gəlməyib. Nəticədə hava hərəkətinin idarəetmə sistemi həddindən artıq məlumatla yüklənib, radar və radio-rabitə sistemləri sıradan çıxıb.

Müstəntiqlər hadisənin sabotaj olmadığına “90 faiz əmin” olduqlarını və proqram təminatına edilən düzəlişlərin belə halların təkrarlanmasının qarşısını almalı olduğunu bildiriblər.

Avadanlığın dəyişdirilməsi podratçı tərəfindən həyata keçirilib. Texniki xidmət prosesini sürətləndirmək məqsədilə tətbiq edilən siyasətə əsasən, FAA artıq bu işlərin təsdiqlənməsini həyata keçirmir.

Hazırda dörd əlaqələndirici vəzifəli şəxs ölkə üzrə bu prosesi koordinasiya edir.

Həmin podratçının əvvəlki şirkəti 2009-cu ildə də marşrutlaşdırıcının düzgün quraşdırılmaması səbəbindən FAA sistemlərinin sıradan çıxmasına səbəb olmuşdu.

FAA rəhbəri və nəqliyyat naziri gələn həftə Konqres qarşısında çıxış edəcəklər.

Aviasiya sərnişinləri qalan 10 faizlə bağlı suallarına cavab almağa layiqdirlər.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər