Azərbaycan Super Liqasında növbəti oyun keçirildi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının dördüncü turunun ilk qarşılaşması keçirilib.
TodayPress TV xəbər verir ki, “Milli Aviasiya Akademiyası” doğma meydanda “Naxçıvan”ı qəbul edib.
Gərgin mübarizə şəraitində keçən ilk setdə meydan sahibləri 29:27 hesabı ilə üstün olublar. İkinci setdə “Naxçıvan” 25:22 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib. Lakin sonrakı iki seti aktivinə yazdıran akademiya təmsilçisi qarşılaşmanı 3:1 hesablı qələbə ilə başa vurub.