“Sabah”ın baş məşqçisi “Barselona” ilə oyun barədə danışdı

“Sabah”ın baş məşqçisi “Barselona” ilə oyun barədə danışdı
24.11.2026 19:20 İdman

"Sabah" "Barselona" ilə oyundan zövq almalıdır.

TodayPress TV xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb:

"Biz sabah meydana çıxıb, oyundan zövq almalıyıq. "Barselona"nı dünyada tanımayan yoxdur. Baş məşqçi olaraq rəqib komandada hansısa zəif nöqtələri tapmaq çətindir mənim üçün. Lakin biz layiqli mübarizə aparmağa çalışacağıq".

O, kataloniyalıların heyətində Lamin Yamalın zədə səbəbindən Bakıya gəlməməsinə münasibət bildirib:

"Bu cür dünya ulduzunun Bakıya gəlməməsi azarkeşlər üçün üzücüdür. Lakin rəqibin heyətində yetərincə tanınmış futbolçular var. Bu cür rəqibə qarşı çıxış etmək bizim üçün maraqlı olacaq".

V.Dambrauskas, həmçini bu oyunda özlərinə güvəndiklərini qeyd edib:

"Əlimizdən gələnin ən yaxşısını etsək belə, "Barselona" kimi dünyanın ən güclü komandasının səviyyəsinə çatmağımız mümkün deyil. Biz hələ böyüməliyik. Bu, mənim karyeramın ən önəmli matçı olmayacaq. Çünki bütün görüşlər mənim üçün vacibdir. "Barselona" kimi komandaya qol vurmaq çox yaxşı motivasiya olar".

Xatırladaq ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər