Tramp onu qorumağa çalışır, prokurorluq isə geri çəkilmir - Huangı nə gözləyir?
ABŞ-də Baş Prokurorluğun funksiyalarını yerinə yetirən Ədliyyə Nazirliyi “Nvidia” şirkətinin baş direktoru Censen Huanga qarşı araşdırma aparılmasını istisna etmir.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəhbəri Todd Blanş mətbuat konfransında bildirib.
Ondan ABŞ Prezidenti Donald Trampın daha əvvəl “CNBC” telekanalına müsahibəsində Huangın Ədliyyə Nazirliyi tərəfindən “bəraət aldığını” söyləməsi ilə bağlı fikirlərini şərh etmək istənilib:
“O, həqiqəti deyir, söylədikləri reallığa uyğundur”.
Todd Blanş, həmçinin qeyd edib ki, Ədliyyə Nazirliyinin Huangın hüquq pozuntusu törətməsi ilə bağlı məlumatı olsaydı, bu barədə mütləq prezidentə məlumat verərdi:
“Heç kim sızdırılmış məlumatlara, mənbələrə və ya başqa hər hansı məlumata istinad edərək Huanla bağlı araşdırma aparıldığını bildirməyib. Ən azı, mən belə məlumatlara rast gəlməmişəm. Prosesə və onun özünə münasibətdə fərziyyələr irəli sürmək və ya hipotetik suallara cavab vermək düzgün olmazdı. Buna görə də cavab xeyrdir”.
Blanşın sözlərinə görə, onlar çoxsaylı araşdırmalar aparırlar.
Aysel Mətləb