Yaradıcılarını belə qorxudan texnologiya - "OpenAI" və "Anthropic"də HƏYƏCAN

Yaradıcılarını belə qorxudan texnologiya - "OpenAI" və "Anthropic"də HƏYƏCAN
25.11.2026 05:23 Dünya

ABŞ-nin süni intellekt şirkətləri "Anthropic" və "OpenAI"ın daxili qaydada hazırladıqları, lakin hələ ictimaiyyətə təqdim etmədikləri daha inkişaf etmiş süni intellekt modellərinə malik olduğu iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" şirkətlərin daxili müzakirələrindən məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hər iki şirkətin ictimaiyyətə təqdim etdiyi modellərdən xeyli güclü sistemləri var. Lakin həmin modellərin təhlükəsiz istifadəsini təmin etmək və onlara nəzarət etməkdə çətinlik çəkilir.

Mənbələrin bildirdiyinə görə, riyaziyyat, elm, kibertəhlükəsizlik və süni intellekt tədqiqatları kimi sahələrdə düşünmə qabiliyyəti sürətlə inkişaf edən modelləri şirkətlərin daxili sınaqları zamanı belə nəzarətdə saxlamaq getdikcə çətinləşir.

Vurğulanıb ki, şirkətlər daxilində və süni intellekt tədqiqatçıları arasında gələcəkdə hazırlanacaq ən güclü modellərin ictimaiyyətə təqdim edilməməsi, yalnız daxili məqsədlər üçün istifadəsi, hətta yeni modellərin təliminin dayandırılması variantları müzakirə olunur.

"Axios"a danışan tədqiqatçılardan biri modellərin insanlardan daha ağıllı olacaq şəkildə inkişaf etdirilməsinin davam etdirilməsi halında onların insanları uğurla aldada biləcəyini iddia edib.

Tədqiqatçı bu mərhələyə çatıldıqda mövcud təhlükəsizlik üsullarının təsirsiz qala biləcəyini bildirib.

Qeyd olunub ki, inkişaf etmiş modellər düşünmə proseslərini getdikcə daha az görünən edir. Bəzi hallarda isə insan nəzarətçiləri inandırmaq məqsədilə həqiqəti əks etdirməyən izahatlar hazırlayırlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər