İrəvan "böyük tikinti"yə hazırlaşır: 2027-ci ildə yeni dəmir yolu çəkiləcək
TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanılacaq.
TodayPress TV xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bəyan edib.
“Dəmir yolunun tikintisi işlərinə başlamaq üçün Sünikdə ərazini hazırlayırıq. İlkin parametrlərimiz var. İlkin ekspert araşdırmaları göstərir ki, bu işlərin əlaqələndirilməsi həm xərcləri əhəmiyyətli dərəcədə azaldacaq, həm də təşkilati baxımdan daha düzgün olacaq.
Hökumət artıq həm elektrik xətləri, həm də yolun layihələndirilməsi ilə bağlı ilkin tədqiqat sifariş edib. Yaxın aylarda bu tədqiqatların nəticələrini əldə edəcəyik. Beləliklə, 2027-ci il genişmiqyaslı tikinti ili olacaq və biz əhəmiyyətli irəliləyiş əldə edəcəyik”, – deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, dəmir yolunun hansı marşrut üzrə keçəcəyi artıq məlumdur. Hazırda gələn il dəmir yolunun birbaşa tikintisinə başlamaq üçün həmin ərazinin hazırlanması və minimal mühəndislik işlərinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Aysel Mətləb