Ölkəboyu uçuşlar dayandı, Konqres hərəkətə keçdi: Səbəb nədir?
ABŞ Konqresində ölkə üzrə hava limanlarında baş vermiş genişmiqyaslı texniki nasazlıqla bağlı araşdırma aparılır.
TodayPress TV xəbər verir ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi ölkə üzrə aviareyslərin dayandırılmasına səbəb olan insidentlə əlaqədar Konqresdə ifadə verəcək.
Dinləmələr dekabrın 2-də Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsində keçiriləcək.
Qanunvericilər hadisənin səbəblərini araşdırmaq və Federal Aviasiya Administrasiyasının insidentlə bağlı gördüyü tədbirləri öyrənmək niyyətindədirlər.
Həmçinin gələcəkdə oxşar nasazlıqların qarşısının alınması üçün görüləcək tədbirlər müzakirə olunacaq.
Kübra Musayeva