Yaponiyanın ərazisi bir gecədə böyüdü - 50 hektar haradan gəldi?

Yaponiyanın ərazisi bir gecədə böyüdü - 50 hektar haradan gəldi?
25.11.2026 02:53 Dünya

Yaponiyanın İvodzima adası yaxınlığında sualtı vulkanın püskürməsi nəticəsində yeni quru sahəsi əmələ gəlib.

TodayPress TV xəbər verir ki, NASA peykləri tərəfindən qeydə alınan vulkanik fəaliyyət nəticəsində yaranan ərazi adanın sahil xətti ilə birləşib. Bununla da İvodzimanın ərazisi təxminən 50 hektar, yəni 1,7 faiz genişlənib.

Yeni yaranan torpaq sahəsinin nə qədər müddət mövcud olacağı hələ məlum deyil. 2023-cü ildə eyni ərazidə vulkan püskürməsi nəticəsində yaranan oxşar sahə isə dəniz dalğalarının təsiri ilə cəmi bir neçə həftə ərzində dağılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər