Alman dronları Rusiya tanklarını “vurub”
Almaniya Silahlı Qüvvələri Belarusla sərhəd yaxınlığında yerləşən Litvanın Rudninkay poliqonunda kamikadze dronlardan istifadə etməklə təlim keçirib.
TodayPress TV xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, manevrlər NATO-nun “Freedom Shield 2” təlimləri çərçivəsində baş tutub.
Təlim zamanı Almaniyanın Helsing və Stark şirkətlərinə məxsus pilotsuz uçuş aparatları Rusiya qoşunlarının hücumunu imitasiya edən zirehli texnikaya zərbələr endirib.
Dronlar döyüş başlıqları ilə təchiz olunmayıb.
Kübra Musayeva