Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Türkiyəyə başsağlığı verdi
24.11.2026 23:22 Xarici siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Eskişehirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib. Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik", - paylaşımda qeyd olunub.

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər