İsrail İranın hansı addımından ehtiyat edir?
İsrail İranı kimyəvi silah hazırlamaqda ittiham edib.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, rəsmi Tehran tərəfindən belə bir potensialın yaradılmasına imkan verilməyəcək.
Nazir qeyd edib ki, İranın İsrailə hücum etmək niyyətində olduğu müəyyənləşərsə, İsrail ordusuna təhlükənin qarşısını almaq üçün qabaqlayıcı zərbə endirmək əmri verilə bilər.
“Əgər iranlılar bizə ilk hücumu etsələr, bu, uğursuzluq olacaq. Təhlükəni əvvəlcədən müəyyən etsək, ordumuza zərbə endirmək və onun qarşısını almaq əmri verə bilmərikmi?”, – deyə Kats vurğulayıb.
Kübra Musayeva