Voleybol Super Liqası: “Ordu” Super Liqada liderliyini möhkəmləndirdi

Voleybol Super Liqası: “Ordu” Super Liqada liderliyini möhkəmləndirdi
24.11.2026 19:03 İdman

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının altıncı turunda növbəti qarşılaşma keçirilib.

TodayPress TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” və “Ordu” komandaları üz-üzə gəliblər.

Görüş turnir cədvəlinin lideri “Ordu”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Ordu” xallarının sayını 12-yə çatdırıb. “Murov Az Terminal” isə dörd xalda qalıb.

Turun növbəti qarşılaşması noyabrın 26-da keçiriləcək. Həmin gün Abşeron Olimpiya İdman Kompleksində “Gənclər” və “Azərrail” komandaları üz-üzə gələcəklər.

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər