Odessada qanlı gecə: Ölənlər və yaralılar var
Ukraynanın Odessa vilayətinə endirilən hava zərbələri nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleh Kiper məlumat verib.
Onun sözlərinə görə, ölənlər 41 yaşlı kişi və 17 yaşlı yeniyetmədir. Yaralananlar arasında 12 yaşlı uşaq da var.
Hücum nəticəsində mülki infrastruktura, yaşayış evinə, istehsalat binasına və avtomobillərə ziyan dəyib.
Kübra Musayeva