“Donbası versək, müharibəni uduzarıq” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan geri çəkilməyin ölkəsi üçün müharibədə məğlubiyyət demək olacağını bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski Donbasın tərk edilməsini qəbuledilməz hesab etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının Donbasdan geri çəkilməsi müharibənin uduzulması anlamına gəlir.
Kübra Musayeva