Raxmonaliyev: “Barselona” ilə oyunda əlimizdən gələni edəcəyik
"Sabah" "Barselona" ilə oyunda əlindən gələnin ən yaxşısını edəcək.
TodayPress TV xəbər verir ki, bunu "Sabah" klubunun futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Yarımmüdafiəçi rəqibə qarşı layiqli mübarizə aparmaq istədiklərini vurğulayıb:
"Mənim üçün burada Özbəkistandan gələn jurnalistləri görmək sevindirci haldır. Sabah çox maraqlı görüş olacaq. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək".
Xatırladaq ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.