Zelenski Macarıstana üz tutdu: Ukrayna üçün vacib müzakirələr
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Peter Magyarla enerji, ticarət və humanitar yardım sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
TodayPress TV xəbər verir ki, danışıqlar zamanı Ukraynaya qaz və dizel yanacağının tədarükü, həmçinin Macarıstan şirkətlərinin Ukraynadakı qaz anbarlarından istifadə imkanları müzakirə olunub.
Tərəflər, həmçinin sərhəd-keçid məntəqələrinin yenidən qurulması, birbaşa dəmir yolu reyslərinin açılması və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Kübra Musayeva