Azərbaycan antidopinq siyasətində 9 illik inkişaf mərhələsi

İdman

23.12.2025 10:18

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 9-cu ildönümü qeyd olunur.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı Fərmanla AMADA-nın təsis edilməsi ölkəmizin ədalət və dürüstlük prinsiplərinə, eləcə də təmiz idman dəyərlərinə sadiqliyinin bariz nümunəsi olmaqla, dopinqlə mübarizə sahəsində dövlətin qətiyyətli və ardıcıl iradəsini nümayiş etdirir.

Fəaliyyət göstərdiyi 9 il ərzində AMADA beynəlxalq standartlara, qabaqcıl təcrübələrə və müasir innovativ yanaşmalara əsaslanaraq ölkədə dopinq nəzarəti və antidopinq idarəetmə proseslərini ardıcıl və effektiv şəkildə həyata keçirib.

Beynəlxalq əməkdaşlığın məntiqi davamı olaraq, gələn il Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumu keçiriləcək. Bu tədbir Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmin, eləcə də ölkəmizin qlobal antidopinq platformasında artan rolunun növbəti göstəricisidir.

Qeyd edək ki, AMADA 2026–2030-cu illəri əhatə edən yeni Strateji Plan çərçivəsində ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsini, institusional potensialın gücləndirilməsini, risklərin idarə olunmasını və innovativ yanaşmaların tətbiqini qarşıya məqsəd qoyur.

Namiq HUN

TodayPress TV

tag: antidopinq,Siyasət,Azərbaycan,İnkişaf,Todaypress.tv,