17 balıq tutub Türkiyədə birinci oldular
Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq surfkastinq (sahildən balıq ovu) yarışında Azərbaycan idmançıları birinci yeri tutublar.
TodayPress TV xəbər verir ki, 14-15 noyabr tarixlərində baş tutan turnirdə Azərbaycan Su İdmanı Federasiyasını “BAKI” Balıqçılar Klubunun üzvləri Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.
İdmançılarımız yarış ərzində ümumilikdə 17 balıq tutaraq 502 xal toplayıblar. Bu nəticə ilə rəqiblərini geridə qoyan təmsilçilərimiz birinci yerə layiq görülüblər.
Komandamız yarışın “Ən böyük balıq” mükafatını da qazanıb.