Yeni Qvineyada güclü zəlzələ

Yeni Qvineyada güclü zəlzələ
18.11.2026 08:55 Hadisə

Papua-Yeni Qvineya bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Alman Yer Elmləri Tədqiqat Mərkəzi məlumatı yayıb.

Bildirilib ki, zəlzələ çərşənbə günü yerli vaxtla saat 03:42-də baş verib. Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin koordinatları 5,82 dərəcə cənub en dairəsi və 146,65 dərəcə şərq uzunluğu olaraq müəyyən edilib.

Dağıntı və tələfat barədə açıqlama verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər