Rumıniyada güclü zəlzələ oldu
Rumıniyada 5,3 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:48-də təxminən 130 min nəfər əhalisi olan Buzau şəhərindən 65 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 140 kilometr dərinlikdə yerləşib.