Serbiyada "MiQ-29" hərbi təyyarəsi qəzaya uğradı - VİDEO

Serbiyada "MiQ-29" hərbi təyyarəsi qəzaya uğradı - VİDEO
17.11.2026 14:55 Hadisə

Serbiyada hərbi təyyarə qəzaya uğrayıb, yanğın başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Hadisə nəticəsində pilot həlak olub.

Qeyri-rəsmi məlumata görə, bunun "MiQ-29" hərbi təyyarəsi olduğu ehtimal edilir.

Təyyarə qəzası Nova Pazova və Staro Pazova yaşayış məntəqələri arasında baş verib.

Yanğınsöndürən-xilasedicilər, qəza-xilasetmə briqadaları, polis əməkdaşları, eləcə də hərbi polis hadisə yerindədir. Qəzanın nəticələrinin aradan qaldırılması və başvermə səbəbinin müəyyən edilməsi üzrə əməliyyat aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər