Xızıda ağır qəza oldu - Ölən var

Xızıda ağır qəza oldu - Ölən var
22.09.2025 22:40 Hadisə

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV “Report”a istinadən xəbər verir ki, qəza Xızı rayonunun Sitalçay kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarə etdiyi avtomobilin sükanına nəzarəti itirən 26 yaşlı Cəmil Hacıəliyev maşını yoldan çıxarıb və beton arakəsməyə çırpıb.

Sürücü ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını itirib. Onun meyiti müvafiq ekspertizaya təqdim edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər