“Aramco” alovlar içində! Husilər Səudiyyənin neft obyektlərini hədəfə aldı

“Aramco” alovlar içində! Husilər Səudiyyənin neft obyektlərini hədəfə aldı
19.10.2026 21:24 Dünya

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) son 48 saat ərzində Səudiyyə Ərəbistanı ərazisinə bir sıra zərbələr endirərək “Saudi Aramco” neft-qaz şirkətinin obyektlərini, hava limanlarını və hərbi bazaları hədəf alıblar.

TodayPress TV xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə “Telegram” kanalında yazıb.

“Yəmən Silahlı Qüvvələri (husilərin silahlı birləşmələri – red.) son 48 saat ərzində çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə altı hərbi əməliyyat həyata keçirib”, - deyə o, bildirib.

Səriənin sözlərinə görə, Səudiyyə Ərəbistanının qərbindəki Yanbu şəhərində “Saudi Aramco” obyektləri və ölkənin şərqində yerləşən Şeyba neft yatağı zərbələrə məruz qalıb. Zərbələr nəticəsində yanğınlar baş verib.

Bundan əlavə, üsyançılar Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına, Abha şəhərinin hava limanına və krallığın cənubundakı Xamis-Muşayt şəhərində yerləşən aviabazaya, həmçinin hərbi dəniz düşərgəsinə və radiolokasiya stansiyalarına hücum etdiklərini iddia edirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər