Xəzər dənizində zəlzələ baş verdi
Xəzər dənizində zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 22:09-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələ ocağı 50 kilometr dərinlikdə yerləşib.