Tovuzda piyadanı maşın vurdu

Tovuzda piyadanı maşın vurdu
07.10.2025 22:15 Hadisə
Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər