SON DƏQİQƏ: Xırdalanda güclü yanğın baş verdi - VİDEO
Xırdalanda səhər saatlarında aptekdə güclü yanğın baş verib.
TodayPress TV xəbər verir ki, hadisə şəhərdə yerləşən apteklərdən birində qeydə alınıb.
Yanğın nəticəsində obyekt tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.