Tovuzda evdən kişi meyiti tapıldı
Tovuzda evdən kişi meyiti aşkarlanıb.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun mərkəzdə qeydə alınıb.
Belə ki, mərkəzdə yerləşən fərdi yaşayış evlərinin birində kişi meyiti tapılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Məlumata görə, ölən şəxs tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.