Tramp Rusiyaya görə 350 milyard dolları itirə bilər
ABŞ-də respublikaçılar Rusiyaya qarşı siyasət sərtləşdirilməsə, Pentaqon üçün nəzərdə tutulan 350 milyard dollarlıq vəsaitin bloklanacağı ilə hədələyirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Məlumata görə, münaqişəyə ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında dizel yanacağının idxalı ilə bağlı razılaşma, eləcə də Ukraynanın peyk sistemlərindən istifadəsinə qoyulan məhdudiyyətlər səbəb olub.
Respublikaçıların bir qismi Rusiyaya qarşı sanksiyaların bərpa edilməsini və Ukraynaya tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.
Konqres üzvü Don Beykon bildirib ki, administrasiya mövcud siyasətini dəyişməsə, respublikaçılar Konqresin hazırkı sessiyasının qalan hissəsində Trampın qanunvericilik gündəliyini dəstəkləməyəcəklər.
O, Ukraynaya kəşfiyyat məlumatlarının və “Starlink” sisteminə çıxışın məhdudlaşdırılmasını tənqid edib. Konqresmen bu addımların Ukraynaya qarşı müharibə aparan Rusiyaya kömək etdiyini bildirib.
Beykon vurğulayıb ki, administrasiya siyasətini dəyişməyənə qədər Trampın qanunvericilik təşəbbüslərinin Konqresdə dəstək qazanması mümkün olmayacaq.
Kübra Musayeva