Tələbələrin fotolarını montaj edib pul tələb edən şəxs saxlanıldı

Tələbələrin fotolarını montaj edib pul tələb edən şəxs saxlanıldı
13.11.2026 19:40 Hadisə

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıb.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Qeyd olunub ki, keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.

Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər