İraq nefti Aralıq dənizinə yol açdı: Bağdad və Dəməşq arasında yeni enerji körpüsü
İraq ölkənin cənubunda yerləşən yataqlardan neftin Aralıq dənizi sahilindəki Suriyanın liman şəhəri Banyasa çatdırılmasına başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Basra Oil Company” şirkətinin baş direktoru Əbdül Kərim Nasir məlumat verib.
“İraq Suriyanın Banyas limanına gündəlik 120-150 min barel neft nəql etməyə başlayıb”, - deyə o vurğulayıb və əlavə edib ki, bu addım Bağdad və Dəməşq arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, həmçinin İraq neftinin Aralıq dənizi istiqamətində ixrac marşrutlarının şaxələndirilməsinə yönəlib.
Aysel Mətləb