Türkiyə və Qətər qarşılıqlı müdafiə sazişi imzaladılar
Türkiyə və Qətər arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni saziş imzalanıb.
TodayPress TV xəbər verir ki, Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı müdafiə imkanlarının inkişaf etdirilməsi məqsədilə “Bədr Anlaşma Memorandumu”na imza atıblar.
Saziş Qətərin paytaxtı Dohada imzalanıb. Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasına görə, sənəd ölkələr arasında tərəfdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.
Zəhra Məmmədova