Moskva onu danışıqlar masasında istəmir - Kallas səbəbini açıqladı

Moskva onu danışıqlar masasında istəmir - Kallas səbəbini açıqladı
13.11.2026 22:44 Dünya

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın onu Ukrayna ilə bağlı danışıqlarda Avropanın təmsilçisi kimi görmək istəmədiyini bildirib.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Kallas qeyd edib ki, Aİ-yə üzv bütün ölkələr Avropanı danışıqlarda məhz onun təmsil etməli olduğu barədə razılığa gəliblər. Onun sözlərinə görə, Moskva güclü danışıqlar aparan tərəflə üz-üzə gəlməkdən çəkinir.

Aİ rəsmisi Rusiyanın danışıqlardakı taktikasının əvvəlcə təhdid və ultimatumlar irəli sürmək, daha sonra güc tətbiq edərək Qərbdən güzəştlər əldə etmək olduğunu vurğulayıb.

Kallas bildirib ki, Rusiyanın danışıqlarda qarşı tərəfi kimin təmsil edəcəyinə qərar vermək hüququ yoxdur. Onun fikrincə, belə bir imkanın Moskvaya verilməsi Rusiyanın təsir imkanlarını daha da artıra bilər.

O, həmçinin Cared Kuşnerin Rusiya-Ukrayna razılaşmasının əldə olunması və icrasında Avropanın iştirakının vacibliyini qəbul etdiyini bildirib. Kallas Avropanın danışıqlarda yalnız iştirakçı deyil, həm də yekun nəticələrə təsir göstərən tərəf olmasını istədiyini qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər