Müharibənin ən böyük humanitar addımı hazırlanır - Uitkoff və Kuşner hərəkətə keçdi

Müharibənin ən böyük humanitar addımı hazırlanır - Uitkoff və Kuşner hərəkətə keçdi
13.11.2026 20:26 Dünya

Ağ Ev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Rusiya və Ukrayna arasında əsir mübadiləsinin hazırlanması üzrə işlərdə iştirak etdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “X” sosial şəbəkəsində yazıb.

Bildirilib ki, Uitkoff və Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların, eləcə də Rusiya və Ukrayna ilə ikitərəfli təmasların nəticəsi olaraq, gələcək məsləhətləşmələrə Avropa tərəfdaşlarının da cəlb olunmasını təmin edib və müharibə dövründə ən genişmiqyaslı olacaq əsir mübadiləsi üzərində işə başlayıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər